İspaniyanın "Barselona" klubunun türkiyəli futbolçusu Arda Turanın transferi ilə bağlı danışıqlar başa çatıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Arda Turan bundan sonra "Medipol Başakşehir" klubunun formasını geyinəcək.

Razılığa əsasən, o, 1 il 5 ay "Medipol Başakşehir"də oynayacaq.

A.Turanın bu gün İstanbula gələcəyi və yeni klubuna imza atacağı gözlənilir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin