Putin güzəştə gedir

Putin güzəştə gedir
12:51 10 Yanvar 2015
169 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev arasında telefon danışığı olub.

ANS PRESS-in xəbərinə görə, Kremlin mətbuat xidmətindən bildirilib ki, dövlət başçıları beynəlxalq məsələlər çərçivəsində Ukrayna böhranının həlli yollarını müzakirə ediblər.

Qazaxıstan prezidenti bundan əvvəl Almaniya kansleri Angela Merkel ilə Berlində görüş keçirib. Söhbət zamanı ikitərəfli iqtisadi münasibətlərin genişləndirilməsi, Ukraynanın şərqindəki vəziyyətin nizama salınması üzrə yaxın vaxtlarda Astanada baş tutacaq Ukrayna, Rusiya, Almaniya və Fransa dövlət rəhbərlərinin görüşü ilə bağlı məsələlər müzakirə olunub.

Prezident və kansler Minsk müqaviləsinin ciddi şəkildə reallaşdırılmasının vacibliyini söyləyib və deyiblər ki, bu, tərəflər arasında sülh prosesinin və etibar mühitinin möhkəmləndirilməsinə imkan yaradacaq.

Onlar iki ölkə arasında aktiv və konstruktiv siyasi dialoqun zəruriliyini, 2012-ci ilin fevralında imzalanmış sənaye və texnologiya sahələrində əməkdaşlıq haqqında Qazaxıstan-Almaniya hökumətlərarası müqavilənin praktiki reallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR