Gülağa Aslanlı: “Bunlar Qubad İbadoğlu və qurultayın nəticələrindən narazı qalanların əvvəllər uydurduğu şər-böhtanın davamıdır”

Gülağa Aslanlı: “Bunlar Qubad İbadoğlu və qurultayın nəticələrindən narazı qalanların əvvəllər uydurduğu şər-böhtanın davamıdır”
12:52 10 Yanvar 2015
304 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 12:46 ]

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının qurultayının partiyanın sərbəst Məclisin üzvlüyünə keçirilən seçkilərin nəticəsini təsdiq etməməsi barədə fikirlər Qubad İbadoğlu və qurultayın nəticələrindən narazı qalan insanların əvvəllər uydurduğu şər-böhtanın davamıdır. Onların tərəfdarları hətta bu barədə Ədliyyə Nazirliyinə şikayət edəcəklərini bildirirlər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı başqanlığa sabiq namizəd Qubad İbadoğlunun fikirlərinə münasibət bildirərkən deyib.

 

G. Aslanlı qeyd edib ki, Q. İbadoğlu və tərəfdarlarına ən doğru cavabı Müsavat Məclisinin toplantılarının birində partiya Nizamnaməsini yazanlardan olan Mirbaba Babayev verib. Onun sözlərinə görə, Müsavatın qurultayından uzun müddət keçməsinə baxmayaraq, hələ də davam edən bu tip fikirlər özlərini demokratiya uğrunda mübariz hesab edən insanların demokratik yarışda məğlub olduqlarını həzm edə bilməmələrindən yaranır: “Ona görə də onların söylədiyi şər və böhtan ayaq tutar, amma yeriməz. Bütün bu işlər onlara görə demokratiyanın tamam başqa bir şey olduğu anlamına gəlir”.

 

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında partiya başqanlığına, sərbəst Məclis üzvlüyünə və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) seçkilər keçirilib. Lakin vaxt azlığı əsas gətirilərək, qurultay keçirilən gün yalnız başqanlığa keçirilən seçkilərin nəticəsi təsdiqlənib. MNTK-nın nəticələri sentyabrın 28-də elan olunub. Sərbəst Məclis üzvlüyünə keçirilən seçkilərin nəticəsi isə oktyabrın 11-də elən olunub və həmin Məclisdə təsdiqlənib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR