Türkiyədə aşkarlanan "quş qripi" Azərbaycana keçə bilər?

Türkiyədə "quş qripi" virusunun aşkarlanmasından sonra Dövlət Baytarlıq Nəzarəti Xidməti bu ölkədən gətirilən məhsullara nəzarəti gücləndirib. Qurum Türkiyədən gətirilən quş əti və yumurtasından istifadə edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib.

Türkiyənin Mardin vilayətində quş qripinin aşkar olunması Dövlət Baytarlıq Nəzarəti Xidmətini hərəkətə keçirib. Qurum Türkiyədən gətirilən yumurta və quş ətinə nəzarəti gücləndirib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətininin sözçüsü Yolçu Xanvəlinin sözlərinə görə, aidiyyatı qurumlardan hələ ki, quş qripi təhlükəsi ilə bağlı Xidmətə heç bir müraciət daxil olmayıb. Buna baxmayaraq, bəzi ölkələrdən quş qripi təhlükəsinə görə quş əti və yumurta idxalına qadağa qoyulub.

Yolçu Xanvəlinin sözlərinə görə, quşların miqrasiya vaxtına uyğun olaraq hər il monitorinqlər aparılır. Ancaq yoxlamalar zamanı indiyədək heç bir quşda H1N5 virusu aşkarlanmayıb. Yəni hazırda Azərbaycanda satılan quş əti və yumurta məhsullarında heç bir problem olmadığına görə vətəndaşların narahatlığı üçün əsas yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR