Bu eşşəkləri mükafatlandırdılar (FOTO)

Bu eşşəkləri mükafatlandırdılar (FOTO)
13:16 10 Yanvar 2015
173 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanlı siyasətçi yaxşı iş və sədaqətinə görə iki eşşəyi mükafatlandırıb.

ANS PRESS-in məlumatına görə, təqdimetmə mərasimi Banqalor şəhərində şəhərlərarası avtobus vağzalında baş tutub. Mükafatı siyasi partiyanın yerli şöbəsinin rəhbəri Vatal Nagaraj təqdim edib.

Siyasətçi, mərasimdə qızılgül ləçəklərilə bəzədilmiş heyvanları nümayiş etdirərək belə deyib: "Mən insanlardan daha sadiq, üzüyola və intizamlı olan eşşək, it, camış və öküz kimi bütün ev heyvanlarını mükafatlandırmağı qərara almışam”.

Cənab Nagaraj Hindistanda iş heyvanları kimi istifadə edilən eşşəklərə bir çox hallarda əhəmiyyət verilmədiyini deyib və Banqalorda yeni ənənənin kök salmasına nail olacağını söylətib. O, heyvanların verdiyi töhvələrə görə hər ay mükafatlandırılacağını deyib.

Hindistanlı siyasətçi mətbuatın diqqətini çəkən qeyri-adi etiraz aksiyaları ilə tanınıb. 2011-ci ildə yanacağın bahalaşmasına etiraz edən siyasətçi Çamaracanagar şəhərinin mərkəzində camış belində gəzib.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR