Terrorçunun vurulma anı (VİDEO)

Terrorçunun vurulma anı (VİDEO)
13:26 10 Yanvar 2015
177 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən Parisdə bir marketə hücum edən terrorçunun vurulma anı yayılıb.

ANS PRESS-in məlumatına görə, görüntülərdə silahlı hücumu təşkil edən şübhəli Amedi Kolibalinin necə vurulduğu əks olunub. Marketdən çıxaraq polisə atəş açmağa çalışan terrorçu vurularaq yerə sərilir.

Həmin görüntüləri dünya mətbuatı canlı yayımla insanlara çatdırıb. Vurulan terrorçu polislərin daha bir neçə dəfə atəşindən sonra yerindəcə ölüb.

Qeyd edək ki, dünən terrorçu Amedi Kolibali Parisdə bir yəhudi mağazasında insanları girov götürüb. Fransa polisi tərəfindən axşam saatlarında həyata keçirilən əməliyyat zamanı girovlardan 4-ü həlak olub. Terrorçu isə ölü olaraq ələ keçirilib.


Paris'te Marketteki Saldırganın Vurulma Anı by haberler

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR