Quba sakinini maşın vurub

13:27 10 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 13:21 ]


Quba. Vəli Turan – APA. Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba – Xaçmaz yolunun Zərdabi kəndi ərazisində baş verib.

 

Quba rayon sakini, 1959-cu il təvəllüdlü Hacıyev Vidadi Kişibala oğlunu “Ford Tranzit” markalı avtomobil vurub.

 

Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Ryon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR