Ebru Gündeş 3 ilədək həbs edilə bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, həyat yoldaşı Rza Zərrabın müğənniyə ad günündə hədiyyə
etdiyi malikanə ilə bağlı növbəti məhkəmə prosesi baş tutub. Dəniz
kənarında yerləşən tarixi malikanədə təmir işləri həyata
keçirildiyi və lift quraşdırıldığı üçün Mədəniyyət və Təbii
Abidələrin Qorunması qanununu pozmaqda ittiham edilən müğənninin
məhkəmədə 3 ilədək həbsi tələb edilib.
Müğənninin vəkili Begüm Can Gürel açıqlamasında bu iddialara etiraz
etdiyini və ittihamla bağlı şikayət ərizəsi verəcəklərini bildirib.
Onlar prosesə yenidən baxılmasını tələb ediblər.
Məlumat üçün bildirək ki, Ebru hazırda dəyəri 13 milyon dollarlıq əkiz villalarda yaşamır. Yeni ev axtarışına çıxan ifaçı qızı ilə birlikdə hotelə yerləşib.