Keçmiş məhkumlar dükan yardılar

Keçmiş məhkumlar dükan yardılar
13:57 10 Yanvar 2015
169 Digər
Ölkə mətbuatı
A- A+

Qax polisi uğurlu əməliyyat həyata keçirib. Polislər Qaxda mağazalardan oğurluq edən şəxsləri saxlayıblar. Saxlanılan şəxslərin pul və mobil danışıq kartlarının oğurlaması məlum olub.
 
Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Qapıçay kənd sakini Versalidze Mikayıl Bəşəd oğlu yaşadığı kənddə ona məxsus qarışıq mallar mağazasından oğruluq edilməsi barədə yanvarın 9-da Qax RPŞ-ə müraciət edib. Keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Mikayıl Versalidziyə məxsus mağazadan oğurluq edən şəxslərin rayonun Turaclı kənd sakinləri, əvəllər məhkumluq həyatı yaşamış Ağayev Hüseyn Əlyar oğluAbduladze Dursun Cəlaloviç olduğu müəyənləşib.

Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib. Aparılmış ilkin istintaq zamanı məlum olub ki, Hüseyn və Dursun Versalidzeyə məxsus mağazadan 300 AZN nağd pul və 40 ədəd mobil telefon danışıq kartları oğurlayıblar. Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat-axtarış zamanı, həmçinin məlum olub ki, onlar ötən ilin dekabr ayının 3-də rayonun Güllük kəndində İsayeva Fəhnurə Yəhyə qızına məxsus qarışıq mallar mağazasından da oğruluq ediblər.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb. Saxlanılan şəxslərin rayonda baş verən digər oğruluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR