Bakıda naməlum şəxslər sürücünün əlindən maşınını alıblar

Bakıda naməlum şəxslər sürücünün əlindən maşınını alıblar
14:08 10 Yanvar 2015
165 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Naməlum şəxslər Bakı sakinini hədələyərək maşını əlindən alıblar.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 10-da paytaxtın Binəqədi qəsəbəsinin ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natiq İsayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qismində oturub Ələt qəsəbəsinə gedəcəklərini bildiriblər.

Ələt qəsəbəsinin ərazisində onlar N.İsayevi bıçaqla hədələyərək avtomobili ondan alaraq gediblər.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR