Serial ulduzu meydan oxudu: "Yana-yana qalacaqsınız!" - FOTO

Serial ulduzu meydan oxudu: "Yana-yana qalacaqsınız!" - FOTO
14:52 10 Yanvar 2015
310 Maraqlı
Ölkə mətbuatı
A- A+

MTV-dəki "Geordie Shore" teleserialının ulduzu, 22 yaşlı model və aktrisa Holli Kaqanın çəkisi bir neçə ay əvvələdək 82,5 kq idi.
Sərt pəhriz saxlamağa və idman etməyə başlayan Holli xeyli arıqlayıb.
 
Lakin o, vücudunun yeni formasından narazıdır.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, Holli Kaqan sinəsinin ölçülərini böyütmək üçün plastik cərrahiyyə əməliyyatına hazırlaşır.
 
Bununla belə, 22 yaşlı aktrisa çəkisi ilə bağlı sosial şəbəkələrdə, xüsusilə də Twitter-də onu sürəkli aşağılayanlara cavab verib: "Arıqlamağımın əsas səbəbkarlarından biri çəkimin ələ salınması idi. Artıq dözə bilmədim və izafi kiloqramlardan qurtuldum. İndi isə həmin adamlara meydan oxuyuram. Baxın və yana-yana qalın!"
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR