Yaxın keçmişin məşhur futbolçusu Rivaldonun oğlu karyerasını Bolqarıstanda davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rivaldinyo Buxarest "Dinamo"sundan "Levski" klubuna transfer olunub. 22 yaşlı hücumçu 2020-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə imza atıb. Rumıniyada gənc hücumçu 2017-ci ilin əvvəlindən çıxış edirdi. Bu mövsüm çempionatda 19 oyun keçirən Rivaldinyo 3 qol vurub.

Milli.Az