Qanunları pozan miqrantlar 10 il Rusiyaya gedə bilməyəcəklər

15:54 10 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada qalma qaydasını pozan miqrantların 10 il ərzində bu ölkəyə təkrar getmələri qadağan ediləcək. APA TV-nin xəbərinə görə, bunu təsdiqləyən qanun yanvarın 10-dan Rusiya Federasiyası ərazisində qüvvəyə minib.

 

Bu sənəd ölkədə qalmaq üçün icazə müddətini 280 sutkadan çox pozan miqrantlara şamil olunacaq. Rusiya Federasiyası ərazisində qeyri-leqal şəkildə 180 gündən artıq qalan şəxslər isə 5 il bu ölkəyə girə bilməyəcəklər.

 

Xatırladaq ki, bu tip qanunlar Rusiya qanunvericiliyində əvvəl də olub, sadəcə indi bir qədər sərtləşdirilib. Daha öncə Rusiyada yarım ildə bir dəfə 90 günlük icazə müddətini pozan xaricilər və bu müddətin keçməsindən sonra ölkəni tərk etməyən şəxslər 3 il Rusiya girə bilməzirdilər.

 

Bir qədər əvvəl Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bəyan etmişdi ki, 2015-ci ilin ilk günlərində Rusiyaya gələn miqrantların sayı kəskin azalıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR