Ekvadorda 5,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri ölkə paytaxtı Kito şəhərindən 189 kilometr cənub-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin