Qazaxda müəmmalı yanğın - FOTO

Qazaxda müəmmalı yanğın - FOTO
17:37 10 Yanvar 2015
166 Digər
Ölkə mətbuatı
A- A+

Müəmmalı yanğın hadisəsi bu dəfə Qazax rayonunda baş verib. Yaşayış evindəki əşyalar qəfildən yanmağa başlayıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, günorta vaxtı evdə təmizlik işi aparan ev sahibi Oqtay Süleymanovun qızı yaşayış evinin mətbəxində qəfildən alov görüb. Dərhal atasını, qonşuları köməyə çağıraraq alovu söndürməyə cəhd edib. Bu zaman eyvanda sərilən kilim alovlanmağa başlayıb, az müddət sonra isə yataq otağındakı şkaf və pərdə yanıb. Qəfildən alovlanan ev əşyaları Süleymanovları xeyli təəccübləndirib.

2 otaq, 1 eyvan və mətbəxdən ibarət yaşayış mənzilində oğlu ilə yaşayan Oqtay Süleymanov evdə azyaşlı uşaqların olmadığını, qəfil alovun hansı səbəbdən baş verdiyini aydınlaşdıra bilmədiyini deyir. Yanğın baş verən evi görənlər isə təəccüblərini gizlədə bilmirlər.
Ev sahibinin sözlərinə görə, yanğın hadisəsi onun kənddə yaşayan qızının evində də baş verib.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR