Qışda ağacları zərərvericilərdən qorumaq üçün nə etməli?

Qışda ağacları zərərvericilərdən qorumaq üçün nə etməli?
18:05 10 Yanvar 2015
248 Sosial
Ölkə mətbuatı
A- A+

Bol məhsul əldə etmək üçün bağa il boyu qulluq etmək lazımdır. Hətta qış fəslində belə ağaclara diqqət ayrılmalıdır. Ağaclar budanmalı, lazımi gübrələrlə təmin olunmalı və alaqlardan təmizlənməlidir. Cavan ağaclara qarşı isə xüsusilə diqqətli olmaq vacibdir. Onların ziyanvericilərdən, gəmiricilərdən qorumaq üçün lazımi tədbirlər görülməli, imkan daxilində suvarılmalıdır.

Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, qış günlərində ağacları yemişan kəpənəyi, qızıl kəpənək və başqa ziyanvericilərdən, həmçinin üstündə qalan qurumuş meyvələrdən təmizləmək lazımdır. Həmçinin bağa quşları da cəlb etmək lazımdır. Quşlar bir çox ziyanvericiləri məhv edir. Bunun üçün qışda onları yemələmək, yaza yaxın isə ağaclardan yuvalar asmaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR