Göyçay sakini dəm qazından zəhərlənib

18:32 10 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 18:30 ]


Göyçay. Elvin Yaqubov - APA. Göyçay sakini dəm qazından zəhərlənib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Göyçay şəhərində baş verib.

 

Göyçay sakini, 1987-ci il təvəllüdlü Abdullayev Tərlan Füzuli oğlu yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib. Koma vəziyyətinə düşən T. Abdullayev təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan xəstənin vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR