Audi-dən yeni konsept - VİDEO - FOTO

Audi-dən yeni konsept - VİDEO - FOTO
18:37 10 Yanvar 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

Audi şirkəti Las-Veqasda keçirilən elektron istehlak malları sərgisində (CES-2015) konseptual avtonom kupe Prologue Piloted Driving Concept təqdim edib. İnnovasiyalı texnologiyalarla yanaşı avtomobil yeni rəng çaları, unikal təkər diskləri və qara dəri ilə işlənmiş interyer əldə edib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, əslində təqdim edilən Audi Prologue Piloted Driving Concept ilk dəfə noyabrda Los-Ancelesdə keçirilmiş sərgidə nümayiş etdirilmiş avtomobilin ciddi modernizə edilmiş modifikasiyasıdır. Hibrid qurğu avtomobili toplam 670 a.g. və 950 Nm fırlanma anı ilə təmin edir. Rəsmi açıqlamaya görə Audi Prologue Piloted Driving Concept 0-100 km/saat sürətlənməni 3,5 saniyəyə həyata keçirir.
 
Avtonom xüsusiyyətlərinə gəldikdə isə CES-2015 sərgisində nümayiş etdirilən Audi Prologue Piloted Driving Concept ən müasir avtopilot texnologiyası əldə edib. zFAS mərkəzi kontroleri məlumatverici və sensorlardan gələn bütün məlumatları işləyərək avtomobili əhatə edən mühit haqqında tam detallı təsəvvür formalaşdırır. Analoji sistem hazırda ABŞ-da ən uzaq marşrut rekordu təyin etməkdə olan Audi A7 Piloted Driving Concept modelində istifadə edilir.
 
İnnovasiyalı avtonom sistemin necə işlədiyini rəsmi videoda görmək mümkündür.
 
Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/318151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR