Kədərli xəbər: eyni gün dərsə gedə bilmirlər, çünki... - FOTO

Kədərli xəbər: eyni gün dərsə gedə bilmirlər, çünki... - FOTO
19:22 10 Yanvar 2015
163 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin Hakkari vilayətindəki Yüksəkova rayonunda yaşayan 4 bacı-qardaşın acı yaşamını oxuduqları məktəbin rəhbərliyi ilə müəllimlər təsadüəfən biliblər.
 
Milli.Az Habertürk-ə istinadən bildirir ki, bacı-qardaşların məktəbə gəlmədikləri görən müəllimlər onların evinə yollanıblar.
 
Uşaqların anası, 38 yaşlı Əminə Sevgi deyiö: "Övladlarımın gödəkçələri və ayaqqabıları yoxdur. Bu səbəbdən də hamısı eyni gündə məktəbə gedə bilmirlər".
Bunu eşidərək təsirlənən müəllimlər öz pulları ilə uşaqlara isti gödəkçələr ə ayaqqabılar alıblar.
 
7 yaşlı Kövsər, 11 yaşlı Ümid, 13 yaşlı Nursel və 14 yaşlı Übeyn Sevgilər dünən məktəbə yollanıblar.
 
Sevgi ailəsində 6 uşaq var.
 
Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR