Evlənmək istəyən 293 nəfərdə

2017-ci ildə nikahqabağı müayinədən 135990 nəfər keçib. Onlardan 3891 nəfərində talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində QİÇS aşkar edilib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub: "Bu cütlüklərin 39-u instituta müraciət edib. 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Ümumilikdə isə 2015-ci il iyunun 1-dən indiyədək 373680 nəfər müayinədən keçib. Onların 14364-ündə talassemiya daşıyıcılığı, 1349-da sifilis, 293-ündə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 134 olub. Bu cütlüklərin 86-sı instituta müraciət edib. 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib".

Bu adi ağrılar xərçəngin əlaməti ola bilər – DİQQƏTLİ OLUN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR