"Başakşehir"də karyerasını davam etdirən Arda Turan özünə yeni avtomobil alıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, futbolçu "Mercedes-AM G G GT C Roadstre" markalı maşınına 2 milyon lirə (təxminən 1 milyon manat) ödəyib. Sevgilisi Aslıhan Doğanla yeni avtomobildə gəzintiyə çıxan Arda jurnalistlərin suallarını cavablandıramayıb.
Xatırladaq ki, Arda bu yaxınlarda qardaşı Okan Turana 2,5 milyon lirəlik "Aston Martin DB11" model avtomobil hədiyyə etmişdi.
Milli.Az