İcra başçısının müavini: “Buranı pul verib almışam, istəsəm…” - FOTO

İcra başçısının müavini: “Buranı pul verib almışam, istəsəm…” - FOTO
20:22 10 Yanvar 2015
194 Sosial
Ölkə mətbuatı
A- A+

“Mən bu ərazini pul verib almışam. İstəsəm, oranı dayanacaq edərəm, istəsəm - avtobaza”.
 
Bu sözlər Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini, “Sovetski” məhəlləsi ilə bağlı Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamova məxsusdur.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, S.İslamov “Sovetski”də aparılan söküntüdən sonra ağır texnikanın boş ərazilərdən qaraj və dayanacaq kimi istifadə etməsindən narazı qalmış sakinlərə cavabında belə deyib.
 
Bu haqda “Sovetski”də çoxsaylı ağır texnikanın saxlanıldığı İsmayıl Qurtqaşınlı döngəsindəki evlərin sakinləri məlumat verib.
 
Sakinlərin bir qrupu redaksiyamıza müraciət edərək bildirdi ki, bu gün səhər saatlarında Köçürmə Komissiyasının üzvləri ilə birlikdə icra başçısının I müavini Səməd İslamov da onlar yaşayan əraziyə gəlib. Sakinlər də bu fürsətdən istfadə edərək S.İslamova yaxınlaşaraq şikayətlərini demək istəyiblər.
 
“Biz Səməd İslamova dedik ki, ağır texnika, “KamAZ”, “Shacman” markalı maşınlar, buldozer və ekskvatorlar evimizin yanında saxlanır. Hər gün burada 40-50 “KamAZ”, traktor dayanır. Səs-küydən evdə oturmaq olmur. Ev silkələnir. Buna bir əncam çəkin. Səməd İslamov da dedi ki, o texnika orada da dayanacaq, çünki buranı mən pul verib almışam. İstəsəm - dayanacaq edərəm, istəsəm - avtobaza”- deyə sakinlər bildirdi. 
 
“Sovetski” sakinləri icra başçısının müavininə onlarla mülayim danışmağı təklif etsələr də o, buna əhəmiyyət verməyib.
 
Qeyd edək ki, “Sovetski” sakinlərinin bu şikayəti ilə bağlı bir neçə gün əvvəl də virtualaz.org saytında geniş reportaj dərc olunmuşdu. “Deputatın “KamAZ”ları “Sovetski”ni boğaza yığıb” başlıqlı yazıda “Sovetski” sakinlərinin qeyd edilən məsələ ilə bağlı narazılığı və yaşadıqları problemlərdən söz açılmışdı.
 
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/52306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR