Rumıniyanın paytaxtı Buxarestdə “Ryanair” aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi qəza enişi edib.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, İrlandiyanın paytaxtı Dublinə uçan layner havaya qalxarkən təyyarənin quyruq hissəsi uçuş-enmə zolağına toxunub. Havaya qalxan təyyarə dərhal hava limanına qayıtmalı olub.

Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Sərnişinlər başqa təyyarə ilə Dublinə yola salınıblar.