Azərbaycanda qəzalar: ölənlər və yaralananlar var

Azərbaycanda qəzalar: ölənlər və yaralananlar var
20:56 10 Yanvar 2015
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 78 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 9 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 32 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR