Qardabanidə "Gülüstan" jurnalının təqdimat mərasimi

21:32 10 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 21:28 ]


Qardabani. Nizami Məmmədzadə-APA. “GÜLÜSTAN” jurnalının təqdimat mərasimi keçirilib.

Bu gün Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin (GYMD) Qardabani şəhərində yerləşən ofisində “GÜLÜSTAN” jurnalının təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri açıq elan edən GYMD- nin sədri Musa Hacıyev açıb. O, çıxışında dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra qeyd edib ki, bölgədə ailə və qadın dərgisinə ehtiyac olduğunu bildirib və “GÜLÜSTAN” jurnalının nəşr olunmasını günün tələbi hesab edib.

 


Tədbirdə Şərqi Gürcüstanın müftisi Yasin Əliyev, Türkiyənin Gürcüstandakı səfirliyinin Din İşləri məsələləri üzrə müşaviri Nəbi Gümüş, Salam Vəqfinin sədri İrakli Artmeladze, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli üzrə nümayəndəsi və Gürcüstan Müsəlmanlar Vəqfinin sədri İnşallah Qasımov, “UĞUR” təşkilatinin sədri Hacı Bəkiroğlu, Qardabani Gənclər Mərkəzinin sədri Elsevər Əhmədov, Gürcüstan Gənclərini Maarifləndirmə Assosasiyasının sədri Bəxtiyar Tanrıverdiyev və başqaları çıxış edərək indiki vaxtda ailə və qadına həsr olunan jurnalın dərc olunmasını vacib sayıblar.

 

"GÜLÜSTAN” jurnalının redaktoru Nabat Eminova təyin olunub.

 

Tədbirdə “Gülüstan" jurnalının redaktor müavini Lamiyə Hacıyeva (Eminova), Rustavi Mədəniyyət Mərkəzinin nümayəndəsi Mustafa Sədi oğlu, Fatimeyi Zəhra cəmiyyətinin sədri Gülşən Nemətova, məktəb direktorları, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR