Azərbaycanda yırtıcı heyvanlar kəndə hücüm etdi (FOTO)

Azərbaycanda yırtıcı heyvanlar kəndə hücüm etdi (FOTO)
22:46 10 Yanvar 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə yırtıcılar məcburi köçkünlərin məskunlaşdığı əraziyə hücum edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Zümürxan kəndində baş verib.

Zümürxan kəndi ərazisində məskunlaşan məcburi köçkünlərin təsərrüfatı yırtıcı heyvanların hücumuna məruz qalıb. Bir neçə çaqqal həyətyanı sahəsindəki ev quşlarını parçalayıb. Əvvəllər də yırtıcıların toyuq cücəyə hücum etdiyini deyən sakinlər çarəni tələ tutmaqda görüblər.

Axşam saatlarında yırtıcılardan biri tələyə düşüb. Məcburi köçkünlər yaralı heyvanı təbiətə buraxacaqlarını deyir.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR