"Avromed"in təsisçisi: "Dərmanların qiymətinin aşağı salınmasına tərəfdarıq"

"Avromed"in təsisçisi: "Dərmanların qiymətinin aşağı salınmasına tərəfdarıq"
09:47 14 Aprel 2015
973 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 14 aprel. REPORT.AZ/ "Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi kimi, Azərbaycanda bəzi dərmanların qiyməti doğrudan da bahadır. Dərman vasitələrinin baha olduğunu dəfələrlə Milli Məclisin iclasında səsləndirmişəm. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsini nəzərdə tutan "Dərman vasitələri haqqında" qanuna əlavə və dəyişiklikləri də dəstəkləmişəm. "Avromed" şirkəti də onun tərəfdarıdır ki, qiymətlər məhz hökumət tərəfindən tənzimlənsin". Bunu "Report"a açıqlamasında Azərbaycanda dərman idxalı və satışı ilə məşğul olan "Avromed" şirkətinin təsisçisi, deputat Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsindən sonra müəyyən dərmanların qiymətləri aşağı düşəcək: "Biz də bunun tərəfdarıyıq. "Avromed" şirkəti Azərbaycan bazarında mövcud olan dərman preparatları, tibbi vasitələr və digər məhsulların təxminən beşdə birini idxal edir. Həmin dərmanlar da dünyanın tanınmış şirkətlərinin məhsullarıdır. Onların qiymətləri də Azərbaycan səviyyəsində olan ölkələrdəki qiymətlərlə fərqlənmir. Azərbaycanda 350-dən artıq şirkət dərman satışı ilə məşğul olur".
C.Feyziyevin sözlərinə görə, son zamanlar "Avromed" şirkətində dərmanların qiymətlərində dəyişiklik olmayıb: "Şirkətdə qiymətlər hər zaman sabit olub və bu vəziyyət hazırda da davam edir. Ona görə də qiymət artımının "Avromed"ə heç bir aidiyyəti yoxdur".

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/avromed-in-tesiscisi-dermanlarin-qiymetinin-asagi-salinmasina-tererfdariq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR