“Əziz dostlar, sonra deməyin ki, niyə televiziya proqramlarında tez-tez görünmürəm. Baxın görün ki, Seda Sayan verilişə gələn qonağa necə diqqət yetirir”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqram hesabında yazıb. O, efir aparıcılarının etik qaydalara riayət etməməsindən gileylənib:

“Bir çox Tv proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri olmadığı üçün müğənni mahnı ifa edərkən aparıcının başqa işlə məşğul olduğunun dəfələrlə şahidi oluruq. Əfsuslar olsun ki, efirdən bixəbər səriştəsiz proqram “aparıcılarımız” getdikcə çoxalır.