Seksual alt paltarı almaq üçün "Victoria's Secret" mağazasına yollanan qadın cinayət törətdiyinə görə həbs olunub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-yorkda rəfiqəsigilin evində öldürdüyü uşağını çantaya qoyub, alış-veriş mərkəzinə yollanan qadın saxlanılıb.
Tiona Rodriguez adlı qadının çantasından gələn pis iyi hiss edən mühafizəçilər onun çantasını yoxlayarkən dəhşətə gəliblər. Belə ki, "Victoria's Secret"in mühafizəçiləri qadının çantasından uşaq cəsədi tapıblar.
Mühafizəçilər polisə xəbər veriblər. Qadın saxlanılıb. O, uşağını rəfiqəsigilin evinin hamamında uşağı öldürdüyünü etiraf edib. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Emin
Milli.Az