ABŞ və İran masa arxasında

ABŞ və İran masa arxasında
06:26 11 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri gələn həftə İsveçrədə İranın xarici işlər naziri ilə görüşəcək.

ANS PRESS-in məlumatına görə, Dövlət Departamentində bildirilir ki,onlar hazırda davam edən nüvə danışıqlarının vəziyyətini müzakirə etməldirlər.

Rəsmi məlumatda bildirilir ki, Kerri Cənubi Asiyaya səfərinin ardınca, çərşənbə günü Mohammad Cavad Zariflə görüşəcək.

İran və P5+1 qrupu arasında gedən danışıqlarda Tehranın nüvə proqramının məhdudlaşdırılması məsələləri müzakirə olunur. Danışıqlar mart ayınadək başa çatmalıdır.

İran ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyanın təklifi ilə razılaşarsa, nüvə proqramına dair sazişin imzalanması ilə birlikdə İran üzərindəki sanksiyalar ləğv edilməlidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR