Mətbəx sirləri: Portağal limonadı

Mətbəx sirləri: Portağal limonadı
07:05 11 Yanvar 2015
255 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az portağal limonadının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

4 portağal
9-10 l su
700 q şəkər tozu
1 limon və ya bir qədər limon duzu

Portağalları yuyun, üzərindən qaynar su axıdın. 12, yaxud 24 saat dondurucuda saxlayın. Buzlayarkən portağalın acı dadı itir.

Portağalı dondurucudan çıxarandan sonra üzərindən qaynar su axıdın ki, yumşalsın və doğramaq asan olsun.

Hər portağalı 6-8 yerə bölün.

Qabığı ilə birlikdə ət maşınından keçirin.

Bunun üzərinə 3 l qaynanmış, yaxud filtrdən keçirilmiş soyuq su əlavə edib 15 dəqiqə saxlayın.

15 dəqiqə sonra cunadan, yaxud xırda gözlü ələkdən süzün. 6-7 l su, 700 q şəkər tozu və bir qədər limon duzu əlavə edin. Limon  duzu yerinə 1 limonun şirəsini əlavə edə bilərsiniz.

Limonadı 1 saat saxlayın ki, dadı və rəngi gözəl olsun.

Portağal "jmıx"ından isə mürəbbə bişirə bilərsiniz: şəkər tozu, azca limon duzu əlavə edin, qaynara düşəndən sonra 15-25 dəqiqə bişirin.
 
Nuş olsun!

Resept: vk.com/cookinder


Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/317992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR