"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino maraqlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı həmyerliləri Dieqo Maradona ilə Lionel Messini müqayisə edib.
O, Messini futbol tarixinin ən yaxşı oyunçusu sayanlarla razılaşmadığını bildirib. O, "Napoli"nin sabiq üzvü Maradonanın Messidən üstün olduğunu bildirib: "Əvvəlcə Maradona, sonra Messi. Dieqonun vaxtında onu tez-tez Pele ilə müqayisə edirdilər. Leo isə "Real"ın futbolçusu Kriştianu Ronaldo ilə fərqləndirirlər. Maradona Messidən üstündü".
Qeyd edək ki, Maurisio Poçettino 2014-cü ildən "Tottenhem"i çalışdırır.
Milli.Az