Azərbaycan və Moldova arasında hərbi sahədə

Prezident İlham Əliyev Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş 2017-ci il aprelin 24-də Kişinyovda və iyunun 12-də Bakıda imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR