Belçika yığmasının üzvü öldü

Belçika yığmasının üzvü öldü
09:25 11 Yanvar 2015
161 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Volfsburq" klubunun yarımmüdafiəçisi, Belçika millisinin üzvü Junior Malanda yol qəzasında ölüb. Fanat.az xəbər verir ki, polis qəza səbəbi kimi leysan yağışı və güclü küləyin fonunda sürət həddinin aşılmasını göstərir. 


Hadisə zamanı futbolçu avtomobilin arxa oturacağında olub. Malanda "Volfsburq" bazasına, oradan da Cənubi Afrikada məşq düşərgəsinə yola düşmək üçün gedirmiş. Sürücü idarə etmənin itirərək maşını yol kənarındakı ağaca çırpıb.


Malanda hadisə yerində ölüb, iki sərnişin xəstəxanaya yerləşdirilib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-belcika-ymasnn-uzvu-oldu-t18694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR