Azərbaycan milli komandasının məşqçilər korpusunun üzvləri Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdədi. Fanat.az xəbər verir ki, millinin məşqçiləri yoxlama oyunları və məşqləri izləyir
Draqan Spasiç və Elxan Abdullayev “Simurq”un məşqini və “Xəzər Lənkəran” - “Tekirdağspor” yoxlama oyununu, Qordan Tsipriç, Mahmud Qurbanov və Faiq Əzizov isə “Qəbələ” – PSV-2 qarşılaşmasını izləyiblər. “Simurq”un daha bir məşqində isə Mahmud Qurbanov və Faiq Əzizov olub.
Fanat.az