TV-dən Paris terrorçularına dəstək

TV-dən Paris terrorçularına dəstək
10:11 11 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

İnternetdə ingilis dilli “Əl-Cəzirə” telekanalının redaktoru və icraçı direktor arasında yazışma yayılıb.

ANS PRESS-in məlumatına görə, yazışmaya əsasən belə məlum olur ki, dünya şöhrətli telekanal əməkdaşları Fransada hücum edən və girov götürən terroçuları dəstəkləyir.

“Heç terror aktını “azad söz”ə hücum kimi qiymətləndirmək olar? Burada “azad söz” hanı?”- deyə kanalın icraçı direktoru yazıb.

“Söz azadlığını. sizi sıxışdıranda müdafiə etmək ayrıdır, lakin bu hüquqdan təhqir etmək üçün istifadə etmək tam ayrıdır”- deyə o əlavə edib.
“Mən Şarli deyiləm. Jurnalistlik- cinayət deyil. Təhqir jurnalistika deyil”- deyə icraçı direktor deyib.

Qeyd olunur ki, telekanal rəsmi olaraq “Mən Şarliyəm” şüarını dəstəkləyir.

Bütün dünyada jurnalı dəstəkləyən yürüşlər keçib. Tvitter istifadəçiləri #JeSuisCharlie (Mən-Şarliyəm) haştaqı 5 milyondan çox istifadə olunub.

Xatırladaq ki, Şarli-Hebdot satirik jurnalı İslam peyğəmbəri (s.) Həzrəti İsa və digər dini xadimlər barədə karikaturalar dərc edirdi. Bir çox karikaturalar İslam cəmiyyəti tərəfindən peyğəmbərə təhqir kimi qiymətləndirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR