Təyyarənin qapısını açan sərnişinləri tutdular

Təyyarənin qapısını açan sərnişinləri tutdular
12:12 11 Yanvar 2015
190 Dünya
Ölkə mətbuatı
A- A+

Çində təyyarənin qəza çıxışlarını açmağa çalışan aviasərnişinlər tutulublar

China Eastern Airlines-ın MU2036 reysinin 25 sərnişini saxlanılıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, insident Çinin cənub-qərbində yerləşən Kunmin şəhərində baş verib. Sərnişinlər ekipaj üzvlərilə mübahisə edib, qapıları açmağa çalışıblar.

Kunmindən Pekinə yerinə yetirilməli olan reys dünən 17:45-ə (Bakı vaxtı ilə) nəzərdə tutulubmuş. Ancaq güclü qar səbəbindən reysi bu gün səhərədək təxirə salıblar.

Aeroport işçiləri qarı təmizlədikləri müddətdə sərnişinlər təyyarədə gözləyiblər.

Ancaq bir neçə saat sonra onlardan bəziləri özlərini pis hiss edib, ekipajdan təyyarəni tərk etməyi xahiş ediblər. Onlara imtina edilib. Ekipaj üzvləri deyiblər ki, təyyarə tezliklə havaya qalxacaq, yol qar və buzdan təmizlənir. O zaman sərnişinlər qalxaraq qəza qapılarını açıblar.

İkinci pilot onlarla danışaraq vəziyyəti izah etməyə çalışıb, amma əbəs yerə.

"O çox emosinal idi, bizə qışqırır, təhqir edirdi", - sərnişinlərdən biri mikrobloqda yazıb.

China Eastern Airlines şirkətinin nümayəndəsi isə bildirib ki, "pilotlar özlərini qaydalara uyğun aparıblar" və sərnişinlərə qarşı "qeyri-normativ leksikadan" istifadə etməyiblər. 

Uçuş zolağına dönməkdə olan təyyarə isə aeroportun enmə çıxışına qaytarılıb. İnsidentə səbəb olan sərnişinlər polis bölməsinə aparılıblar, qalanları isə növbəti reyslə Pekinə göndəriliblər.

Pis hava şəraiti Kunmində cümə və şənbə günləri 83 gecikməyə və 23 reysin təxirə salınmasına səbəb olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR