"Qarabağ" Antalyada - FOTO

"Qarabağ" Antalyada -   FOTO
12:47 11 Yanvar 2015
153 İdman
Ölkə mətbuatı
A- A+

Təlim-məşq toplanışı üçün Türkiyəyə yollanan "Qarabağ" artıq Antalyaya çatıb. Fanat.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumata görə, Ağdam klubu Antalyada 21 gün təlim-məşq toplanışı keçəcək.

 

Fevralın 1-də Bakıya qayıdacaq Qurban Qurbanovun yetirmələri qardaş ölkədə 6 yoxlama görüşündə qüvvəsini sınayacaq.


Qeyd edək ki, "Qarabağ" Antalyada 6 yoxlama oyunu keçirəcək. Baş məşqçi Qurban Qurbanov yetirmələrini yanvarın 17-də "Split" (Xorvatiya), 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də isə "Tarqu Mureş"lə (Ruminiya) oyunda sınaycaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-antalyada-t18699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR