Rəşad Abdullayevlə Viktor İbekoyi AZAL-dan ayrıldı

Rəşad Abdullayevlə Viktor İbekoyi AZAL-dan ayrıldı
12:52 11 Yanvar 2015
164 İdman
Ölkə mətbuatı
A- A+

AZAL hazırlıqları davam etdirir. Fanat.az xəbər verir ki, komanda Şüvəlandakı bazasında hazırlaşır. 

Dünən ikitərəfli oyun keçirilib. Həm düşərgəyə yeni qoşulanların, həm də əvəzedici komandanın bəzi üzvlərinin də qatıldığı görüşdə müxtəlif səbəblərdən Ruslan Məcidov, Viktor İbekoyi, Rəşad Abdullayev və Freddi Mombonqo iştirak etməyib. 

Görüş “qırmızılar”ın “yaşıllar” üzərində 2:0 hesablə qələbəsi ilə yekunlaşıb. Qolları dünən doğum gününü qeyd edən Xuanfran və Aydın Qasımov vurub. Hər iki qol ötürməsi isə yeni transfer Nicat Qurbanovun aktivinə yazılıb. 

Qeyd edək ki, plana görə növbəti yoxlama matçı yanvarın 15-də keçirilməlidi. Hələ ki rəqibin kimliyi müəyyənləşməyib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-abdullayevl-viktor-bekoyi-azal-dan-ayrld-t18700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR