Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə CSKA-nın (Moskva) yarımmüdafiəçisi Aleksandr Qolovin 89% səs toplayıb. Rusiyalı havbek Fernando Torres (Atletico, 8%), Lukas Leyva (Lazio, 2%), Marek Bakoşu (Victoria, 1%) böyük fərqlə geridə qoyub.
Qolovin turnirin 1/8 final mərhələsində "Lion"a qarşı cavab oyununda komandasının mərhələ keçməsində mühüm pay sahibi olmuşdu. "Ordu klubu" 1/4 finalda "Arsenal"la qarşılaşacaq.
Milli.Az