Azərbaycanlı müğənnini Ajda Pekkana bənzətdilər - FOTO

Azərbaycanlı müğənnini Ajda Pekkana bənzətdilər - FOTO
12:57 11 Yanvar 2015
178 Şou
Ölkə mətbuatı
A- A+

Müslüm Gürsəsin rejissoru azərbaycanlı xanıma heyran oldu

Turkiyənin sayılıb-seçilən rejissoru Zafer Ünlü azərbaycanlı müğənni Sevda KazımovaAjda Pekkana bənzədib.

Anspress-in məlumatına görə, türkiyəli rejissor öz heyranlığını belə dilə gətirib: "Sevda xanımı güçlü səsi, özünəməxsus ifası və gözəlliyi ilə Türkiyənin super starı Ajda Pekkana bənzətdim".

Mərhum sənətçi Müslüm Gürsəsin bir çox klipini ekranlaşdıran Zafer Ünlü azərbaycanlı ifaçı ilə təsadüfən rastlaşdığını deyib: "Tədbirlərin birində onu görüb çox bəyəndim. Allah nəsib etsə, bu gözəl xanımla hər hansı bir layihə həyata keçirməyi düşünürəm".

Sevda Kazımova anspress-ə açıqlamasında Zafer bəyin təklifini artıq qəbul etdiyini bildirdi: "Yaxın zamanda Türkiyəyə gedəcəm. Maraqlı yaradıcı layihələrə imza atacağımızı düşünürəm. Hələ dəqiq bir söz deyə bilmərəm, yaşayarıq, görərik".

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR