Pedaqoji universitetdə cinayət

Pedaqoji universitetdə cinayət
13:51 11 Yanvar 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda baş vermiş dələduzluq faktı ilə bağlı cinayət işi açılıb. ANS PRESS-in məlumatına görə, bu barədə lent.az bu barədə hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Keçən il iyulun 2-də Şəmkir rayon sakini, Azərbaycan Pedoqoji Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Məmmədov Nahid Namaz oğlu dövlət imtahanından keçmək üçün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vəliyev Vüqar Zülfi oğluna müraciət edib.

V.Vəliyev N.Məmmədovu dövlət imtahanından keçirəcəyinə söz verib və N.Məmmədovdan Bülbül prospekti 9 ünvanının qarşısında 2500 manat pul alıb. Lakin tələbə yenə də dövlət imtahanından keçə bilməyib. Üstəlik o, V.Vəliyevə verdiyi pulu geri ala bilməyib.

Bu günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə iş başlanılıb.

Zəruri istintaq hərəkətləri həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=319012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR