Almaniyanın ən məşhur aktrisalarından olan Türkiyə əsilli Sıla Şahin hakerlərin qurbanı olub.

Milli.Az Bild qəzetinə istinadən xəbər verir ki, 2011-ci ildə kişi jurnalı üçün çılpaq pozalar verərək "Playboy"a soyunan ilk türk" olan Sıla Şahin kiberhücum sonrası yenidən Almaniyanın gündəmindədir.

Qeyd edək ki, 6 aylıq hamilə olan 32 yaşlı Sıla Şahin avstraliyalı qapıçı Samuel Radlinger ilə ailəlidir.

Almaniya mətbuatının xəbərinə görə, Sıla Şahinin vəkili şəkillərin internetdən çıxarılması üçün işə başlayıb.