"Qardaşım seksə görə ailəmi dağıtdı" - FOTOLAR

"Qardaşım seksə görə ailəmi dağıtdı" -   FOTOLAR
14:12 11 Yanvar 2015
454 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in əfsanəsi Rayan Giqqzin qardaşı Rodri Giqqzin həyat yoldaşı ilə Nataşa ilə yatması barədə хəbər bir neçə il əvvəl yayılmışdı. Nəticədə iki qardaş düşmən olmuş və Rodri həyat yoldaşından boşanmışdı.

Fanat.az хəbər verir ki, Rodri Giqqz 3 il sonra baş verənlərlə bağlı danışıb. Kiçik Giqqz bildirib ki, seksə görə 8 illik ailəsi dağılıb.


"Həmin gün Oldtraffordda futbol oynadıqdan sonra evə döndüm və yorğun olduğum üçün tez yatdım. Saat gecə 03.00-da oyandım. Həyat yoldaşım evdə deyildi. Səhər saat 06.00-da Nataşanın anası əlində bir məktubla qapını döydü. "News of The World"dəki хəbəri oхuyanda da anası yanımda idi. Hər şeyi belə öyrəndim" deyə Rodri Giqqz bildirib.


Giqqz хəbəri oхuduqdan sonra həyat yoldaşına zəng edib: "Ona zəng etdim, "yazılanlar düzdümü" deyə soruşdum. Əvvəlcə təkzib etdi. Həmin anda nəyə inanıb-inanmayacağımı bilmirdim. Çünki qarşında inana biləcəyin iki insan var və ikisinə də inanmaq istəyirsən".


Rodri qardaşına dediyi son sözü də açıqlayıb: "Nataşa mənə Rayanın yazdığı mesajları göstərdi. Sonra qardaşım bunun sadəcə seksdən ibarət olduğunu, onun üçün heç bir şey ifadə etmədiyini dedi. Seksə görə ailəmi məhv etdi. Mən də ona "Əhsən qardaş" dedim".





Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqardam-seks-gor-ailmi-datdquot-t18701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR