Cənubi Koreya sularında gəmi partladı, yaralılar var

Cənubi Koreya sularında gəmi partladı, yaralılar var
14:17 11 Yanvar 2015
177 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada kimyəvi maddələr daşıyan gəmidə partlayış olub

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, hadisə Cənubi Koreyanın cənub-şərqindəki Ulsan şəhərində baş verib.

Renxap agentliyinin məlumatına görə, gəmiyə azot və kükürd turşuları yüklənən zaman, yerli vaxtla 14:39-da (Bakı vaxtı ilə 09:39) partlayış meydana gəlib.

Hazırda 4 nəfərin yaralandığı barədə xəbərlər daxil olsa da, onların durumu barədə məlumat verilmir. Həmçinin kimyəvi maddələrin əraziyə dağılması barədə də məlumat yoxdur.

Partlayışın səbəbləri araşdırılır. Hadisə yerində Cənubi Koreya sahil mühafizəsinin gəmilər işləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR