Bu gün Fransada keçirilən mitinqlərin mühafizəsi üçün 100 min polis cəlb olunub-PARİSDƏN REPORTAJ

Bu gün Fransada keçirilən mitinqlərin mühafizəsi üçün 100 min polis cəlb olunub-PARİSDƏN REPORTAJ
14:32 11 Yanvar 2015
174 Dünya
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 14:29 ]

Parisdə yürüşü 7 min polis mühafizə edəcək, bütün hündürmərtəbəli binaların damında snayperlər yerləşdirilib

Paris. Fuad Qulubəyli-APA. Bu gün Fransanın bütün şəhərlərində milli həmrəylik mitinqləri keçiriləcək.

 

APA-nın Parisə ezam edilmiş xüsusi müxbirinin məlumatına görə,  Parisin Respublika meydanında yerli vaxtla bu gün saat 15.00-da start veriləcək aksiyada isə Fransa prezidenti Fransua Ollandla yanaşı bir çox ölkələrin dövlət və hökumət rəhbərləri də iştirak edəcəklər.

 

Yürüş Parisin Respublika meydanından başlayacaq, şəhərin iki prospekti ilə “Nation” meydanına kimi davam edəcək.

 

Parisdəki bugünkü yürüşün ölkə tarixindəki ən izdihamlı aksiyalardan biri olacağı bildirilir. Yeri gəlmişkən, Fransa prezidenti ölkənin müsəlman dininin təmsilçisi olan vətəndaşlarına müraciət edərək, onları xüsusi olaraq bu aksiyada iştirak etməyə çağırıb.

 

Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün Parisdə 7 min, bütün Fransa üzrə isə 100 min nəfər polis cəlb olunub.

 

Yürüşün keçiriləcəyi küçələrdəki hündürmərtəbəli binaların damında snayperlər yerləşdirilib.

 

Yürüşün təçkilatçısı Fransa hökumətidir. Tədbirə Fransadakı bütün dini icmalar, qeyri-hökumət təşkilataları, siyasi portiyalar, ziyalılar dəvət olunub.

 

Yürüşdə diqqət çəkən məqamlarından biri də Ukrayna prezidenti Pyotr Prosenko, Rusiya xarici işlər naziri Sergey Lavrov, İsrailin baş naziri Benyamin Netanyahu, həmçinin Fələstin rəhbəri Mahmud Abbas da iştirak etməsidir.

 

Mitinqdə həmçinin Almaniya kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Devid Kemeron, İtaliya baş naziri Matteo Renzi, Türkiyə baş naziri Əhməd Davudoğlu da iştirak edəcək.

 

 

Tədbirin işıqlandırılması üçün dünyanın yüzlərlə Kütləvi İnformasiya Vasitəsi hazırda Parisin Respublika meydanındadır.

 

Qeyd edək ki, bu gün səhər Fransua Olland Fransadakı islam, xristian və yəhudi icmalarının rəhbrləi ilə görüşüb, onları respublika dəyərləri ətrafında birləşməyə və həmrəyliyə çağırıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR