Tovuzda toya hazırlaşan qohumlar arasında dava düşüb - FOTO

Tovuzda toya hazırlaşan qohumlar arasında dava düşüb - FOTO
14:32 11 Yanvar 2015
168 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzun ucqar dağ kəndi Əhmədabadda toya hazırlaşan qohumlar arasında dava düşüb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, kənd sakini Etibar Qarayev bacısı oğlunun toyuna bir gün qalmış həyat yoldaşı Tahirə Qarayevanı və onun dayısı oğlu Siyavuş Hümmətovu möhkəm döyüb. Ağır xəsarət alan Əhmədabad kənd sakinləri Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin sözlərinə görə, müxtəlif xəsarətlər alan qohumlardan Siyavuş Hümmətovun vəziyyəti daha ağırdır.

Yaxın qohumların davasına nəyin səbəb olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR