İndiyədək belə cənazə görünməmişdi (VİDEO, FOTO)

İndiyədək belə cənazə görünməmişdi (VİDEO, FOTO)
14:36 11 Yanvar 2015
263 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın demək olar ki, əksər ölkələrində bir insanın ölməsi onun yaxınları, qohumları və dostları üçün ağır itkidir. İnsanlar dəfn zamanı ölən şəxsi göz yaşları ilə son mənzilə yola salırlar.

Lakin Qərbi Afrikanın Qana Respublikasında bir insanın dəfn edilməsi əsl bayramdır. Belə ki, yerli inanclara görə, bir insanın dünyasını dəyişməsi onun daha gözəl və əbədi həyata qədəm qoyması deməkdir. Ona görə də Qanada ölənin yaxınları onun dəfnində şən mahnılar oxuyur, rəqs edirlər.

Lakin bu ökədəki qəribəlik bununla bitmir. Əhalsiinin 75 faizini xristianlar təşkil edən Qanada tabutlar da çox qeyri-adi olurlar. Burada ölənlər toyuq, cücə, təyyarə, silah, içki butulkası formasında qəbirlərdə dəfn edilirlər. Məsələn, əgər kimsə toyuq və ya cücə formalı tabutda dəfnj edilirsə, bu, o deməkdir ki, ölən qadındır və onun çoxlu uşağı olub. Və ya əgər ölən şəxs hərbçi olubsa, onun ailəsi, yaxınları onu silah formalı tabutda dəfn edirlər. Belə tabutların qiyməti də çox bahadır, təxminən 500-600 dollardır. bu məbləğ isə bir qanalının illik gəliri deməkdir.

ANS PRESS oxuculara Qanada keçirilən dəfn mərasimlərindən video və fotoları təqdim edir.














Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR