Keçən həftə jurnalisti təhqir edən futbolçu Arda Turan həyat yoldaşı haqqında danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu dünən Nihan Burukun keçirdiyi dəfilədə iştirak edib.

Keçən həftə həyat yoldaşı Aslıhan Doğana sual verən jurnalisti təhqir edən Arda bu məsələ ilə bağlı açıqlama verib: "Danışmaq istəməmək haqqımıza hörmət etməlisiniz. Nəticədə, arvadım qul deyil. Siz ona "Həyat yoldaşınız danışmamaq qadağası qoyub?” deyə soruşursunuz. Bu isə düz deyil”.

Qeyd edək ki, Arda Turan sualı verən jurnalistə əsəbiləşərək “Ədəbli ol, nə qadağası? Sənin başını-gözünü dağıdaram, arvadımla danışırsan” demişdi.