Rəsmilər Parisə axışır

Rəsmilər Parisə axışır
16:11 11 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Fransada "Birlik marşı" keçiriləcək.

ANS PRESS-in məlumatına görə, yürüş 7-9 yanvarda Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrinin qurbanlarının xatirəsinə həsr edilib.

KİV-lərin məlumatına əsasən marşda Ukrayna prezidenti Pyotr Poroşenko, Fələstin prezidenti Mahmud Abbas, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Almaniya kansleri Engela Merkel, Türkiyənin baş naziri Əhməd davudoğlu, İsrailin baş naziri Benyamin Netanyahu, Britaniyanın baş naziri Devid Kemeron, həmçinin Misir, Əlcəzair, İtaliya, İspaniya, Latviya, Norveç, İsveç kimi ölkələrin baş nazirləri iştirak edəcəklər.

ABŞ prezidenti Barak Obama isə Fransaya dəstəyini bildirsə də, "Birlik marşı"nda iştirak etməyəcək.

Bundan başqa, keçiriləcək yürüşdə milyondan çox sıravi vətəndaşın da iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, 7-9 yanvar tarixlərində Parisdə "Şarl-Hebdo" satirik jurnalının redaksiyasında, məsciddə və bir sıra başqa yerlərdə baş verən silahlı hücumlar nəticəsində 3-ü polis olmaqla 17 nəfərin öldüyü bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR